Accessibility links

Əfqanıstanda NATO əsgəri qətlə yetirilib


Əfqanıstandakı koalisiya qüvvələrinin bildirdiyinə görə, dünən ölkənin cənubunda baş verən partlayış zamanı NATO-nun keşikçi hərbi dəstəsinin bir əsgəri qətlə yetirilib. Lakin rəsmilər əsgərin milliyəti barədə məlumat verməyiblər.

Dünən eləcə də, BMT-nin Təhlükəsizlik Şurasının Əfqanıstanda fəaliyyətinin gələn il də davam edəcəyi barədə razılıq əldə etdiyi xəbər verilir. Təşkilatın 15 nümayəndəsi BMT-nin Əfqanıstan hökuməti ilə əlaqələrinin genişləndirilməsi və NATO –nun Taliban yaraqlıları ilə mübarizəni davam etdirməsi barədə qərarı təsdiq etmişdir. Qərarda Əfqanıstan hökumətinə beynəlxalq dəstəyi koordinasiya etmək üçün oraya BMT-nin xüsusi nümayəndəsi – Norveç diplomatı Key İdenin göndərilməsi də nəzərdə tutulur.

XS
SM
MD
LG