Accessibility links

Yunan və Türk Kipri liderləri arasında razılıq əldə edilib


Yunan və Türk Kiprinin liderləri bölünmüş adada sülh danışıqlarını bərpa etmək haqda razılığa gəliblər. Kipr Prezidenti Demetris Kristofias və Türk Kiprinin lideri Mehmet Ali Talat Nikosiya şəhərindəki görüş zamanı 3 ay ərzində formal danışıqların başlanmasına qərar veriblər. BMT-nin Kiprdəki yüksək vəzifəli nümayəndəsi bildirir ki, tərəflər bölünmüş paytaxtda keçid açmaq haqda razılığa gəliblər. Onların dediyinə görə, Ledra küçəsi mümkün qədər tez bir zamanda açılmalıdır.
XS
SM
MD
LG