Accessibility links

ABŞ-ın vitse-prezidenti Yaxın Şərq sülh prosesini müzakirə etmək üçün İsrailə səfər edir


ABŞ-ın vitse-prezident Dik Çeyni israil-Fələstin sülh prosesini müzakirə etmək üçnü bu gün İsrailə səfər etməlidir. Dik Çeyninin söççüsü Le Enn Makbrayd deyib ki, danışıqlar zamanı həmçinin İsrailin özünü terrorizmdən qorumaq və vətəndaşları müdafiə etmək hüququ məsələsinə toxunulacaq. Makbrayd bildirib ki, bundan sonra İordan çayının Qərb sahilinə səfər zamanı Dik Çeyni prezident Buşun Yaxın Şərq probleminin iki dövlətin mövcudluğu prinsipi əsasında həlli və fələstinlilərin siyasi təsisatlarının gücləndirlməsi məsələlərində mövqeyini bir daha dilə gətirəcək.

Bundan öncə ABŞ vitse-prezidenti Çeyni Səudiyyə kralı Abdulla ilə danışıqlar zamanı neft qiymətlərinin qalxmasını müzakirə edib. Səudiyyə Ərəbistanına Əfqanıstandan gəlmiş Dik Çeyninin krall Abdulla ilə bazarlarda sabitliyin yaradılması və gələcəkdə hansı addımların atılması kimi məsələlərin müzakirə edildiyi bildirilir.

Prezident Buş yanvar ayında regiona səfəri zamanı Səudiyyə Ərəbistanı və OPEK-in digər üzvlərini neft istehsalnı artırmağa çağırmışdı. Son həftələr neftin qiyməti bir barrel üçün 100 dollardan yuxarı qalxıb. ABŞ rəsmiləri vitse-prezident Çeyni və kral Abdulla arasında danışıqlar zamanı İsrail-Fələstin sülh prosesi, Yaxın Şərqdə narahatlıqlara səbəb digər məmsəələlr, Pakistanda vəziyyət və qarşılıqlı maraq doğuran bir sıra məsələləri də müzakirə ediblər.

XS
SM
MD
LG