Accessibility links

Əfqanıstanda 40 yaraqlı məhv edilib


Əfqanıstanın təhlükəsizlik rəsmilərinin sözlərinə görə, ölkənin cənubunda NATO və əfqan qüvvələrin birgə hava və quru əməliyyatları nəticəsində 40-dan çox yaraqlı öldürülüb. Əfqanıstan Müdafiə Nazirliyi Uruzqan vilayətində əməliyyatlar zamanı gizli silahlar ələ keçirildiyini bəyan edib. Nazirlik insident zamanı ölən yaraqlıların dəqiq sayını göstərməsə də, təhlükəsizlik rəsmiləri komandirləri də daxil olmaqla 40 yaraqlının öldürüldüyünü bildirib. Bununla yanaşı, ABŞ-ın başçılığı altında olan koalisiyanın açıqlamasına görə, Qəndaharda yokənarı bomba partlayışı nəticəsində 2 koalisiya əsgəri həlak olub.
XS
SM
MD
LG