Accessibility links

Pakistanda Pakistan Günü bayramı keçirilir


Pakistan prezidenti Pərviz Müşərrəf bidlirib ki, fevral ayı seçkilərində siyasi müttəfiqlərinin məğlubiyyətə uğramasına baxmayaraq, ölkənin yeni hökumətinə tam dəstək verəcək. Bu gün İslamabadda təşki edilən hərbi parad zamanı çıxış edən prezident deyib ki, Pakistanda demokratiyanın yeni erası başlayır. Pərviz Müşərrəf demokratiya və inkişaf uğrundakı 9 illik fəaliyyətlərini müdafiə edib. O, yeni hökumətin siyasi sülhə nail olacağı, terrorizm və ekstremizmə qarşı mübarizəni davam etdirəcəyinə ümidvar olduğunu bildirib. Bu gün 1940-cı ildə Hindistan müsəlmanlarının müstəqil dövlətlərinin yaradılmasına dair qətnamənin təsdiq edildiyi Pakistan Günü bayramı keçirilir.

XS
SM
MD
LG