Accessibility links

Pakistanın yeni baş naziri hakimlərin azadlığa buraxılmasına göstəriş verib


Pakistanın yeni baş naziri Yusif Raza Gilani keçən il Pərviz Müşərrəfin elan etdiyi fövqəladə vəziyyət vaxtı həbs edilən hakimlərin azadlığa buraxılmasına göstəriş verib. Gilani bu göstərişi Baş Məclisin onu hökumət başçısı təyin etməsindən az sonra verib.

Yeni baş nazir Benazir Bhuttonun müxalif Pakistan Xalq Partiyasının üzvüdür. Parlamentin sabiq prezidenti Gilani həm də Bhuttonun həyat yoldaşı Asif Əli Zərdarinin yaxın dostudur. O, parlament spikeri kimi Benazir Bhuttonun ikinci dəfə baş nazir seçildiyi vaxt çalışmışdı.

XS
SM
MD
LG