Accessibility links

Ayman Əl-Zəvahiri İsrail və Amerika hədəflərinə hücuma çağırıb


Əl-Qaidə Qrupunda ikinci şəxs olan Ayman Əl-Zəvahiri İsrailin bu yaxınlarda Qəzza Zolağına hücumlarına görə qisas almaq üçün İsrail və Amerikanın hədəflərinə hücum etməyə çağırıb. Bu gün İntenetdə yerləşdirilmiş səs yazısında Zəvahiri yəhudilər, amerikalılar və onun dediyi kimi, müsəlmanlara qarşı aqressiyada iştirak edən hər bir kəsə qarşı hücuma səsləyib. Səs yazısının həqiqiliyi dərhal müəyyən edilməyib, lakin təhlilçilər onun Zəvahirinin səsinə oxşadığını bildiriblər.

Mesajında Zəvahiri hücumların İsrail və fələstinlilərin ərazilərilə məhdudlaşdırılmalı olmadığını deyərək, tərəfdarlarını maliyyə toplamağa, planlı şəkildə hücuma keçməyə çağırıb. Zəvahiri həmçinin ərəb liderlərini Birləşmiş Ştatlar və fələstinliləri Qəzzada bolokadada saxlayan İsraillə əlbir olmaqda ittiham edib.

XS
SM
MD
LG