Accessibility links

Rusiya və Ermənistanın yeni prezidentləri görüş keçiriblər


Rusiya və Ermənistanın yenicə seçilmiş prezidentləri bu gün Moskvada görüşüblər. Rusiya İTAR-Tass Xəbər Agentliyinin məlumatına görə Dmitri Medvedev və Serj Sarkisyan iqtisadi və enerji əməkdaşlığını, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Bu, cənab Sarkisyan prezident seçkilərində qalib gəldiyindən bəri onun ilk xarici səfəridir. Cənab Sarkisyan habelə Prezident Vladimir Putin və baş nazir Viktor Zubkovla görüşəcək. Ermənistan prezidentinin andiçmə mərasimi Aprelin 9-da, cənab Medvedevinki isə ayın 7-də keçiriləcək.
XS
SM
MD
LG