Accessibility links

Metyu Brayza: Azərbaycanın Kosovo  məsələsindəki  narahatlıqlarını  başa düşürük


Minsk Qrupunun Amerikalı həmsədri Metyu Bryza redaksiyamıza verdiyi müsahibədə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün himayəsi barədə ABŞ-ın siyasətində bir dəyişiklik yoxdur. Rusiya və Fransa hökumətləri də bu siyasəti himayə edir. O söyləyir: “Bakıda bizim Azərbaycanla əlaqələrimizdə, hansısa səbəbə görə gərginlik yaratmağa çalışan siyasi hərəkət, qruplaşma və ya güclər var. Bunun səbəbini bilmirəm və məncə bu təhlükəlidir və heç nəyə kömək etmir. Bizim Azərbaycanla dərin dostluğumuz var”

Metyu Byrza deyir ki, Daglıq Qarabağla bağlı müzakirələrin Azərbaycanlı iştirakçıları əsas prinsiplərlə əlaqədar müzakirə stolunda nələrin olduğunu bilirlər. O söyləyir: “ BMT-dəki səsvermədən sonra biz Azərbaycanın ərazi bütövlüyünü himayə etdiyimizi aydın elan etdik. Ancaq kimlərsə nələrin müzakirə olunduğu barədə tam dürüst olmayan kampaniya yeridir.”

Amerikalı həmsədr müzakirə olunan məsələləri sadalayır: “Birinci, Azərbaycanın ərazi bütövlüyünün tanınması; ikinci, yeddi rayonun Azərbaycana qaytarılması və məcburi köçkünlərin həmin ərazilərə qayıtması; üçüncü, Erməni qüvvələrinin geri çəkilməsi; dördüncü, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən dəhlizin olması; Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi barədə müzakirələrin davam etməsi ki, bu məsələ təkçə danışıqlar nəticəsində zamanla əldə olunacaq kompramis yoluyla həll edilə bilər”.

Cənab Bryza deyir ki, danışıqlar masasındakı tam paket budur. O söyləyir: “Biz beynəlxalq sülhməramlıların iştirakını, ərazilərin və Qarabağın reabilitasiyası üçün beynəlxalq ictimaiyyətin əsaslı fəaliyyətlərini görəcəyik. Biz Azərbaycanın təklif etdiyi kimi, gərginliyin və Qarabağın statusu ətrafındakı düşmənçiliyin azaldılması üçün erməni və Azərbaycan içtimaiyyətləri arasında əlaqə yaranmasını görmək istəyirik. Mənim burda dediklərimin heç bir hissəsi bizim Azərbaycanın ərazi bütövlüyünü himayəmizə mənfi təsir göstərmir”.

Metyu Bryza qeyd edir ki, o, Azərbaycan hökumətinin və xalqının Kosovunun müstəqilliyindən duyduqları narahatlığı anlayır və onların narahat olmaq üçün məntiqli səbəbləri var.

Dövlət Katibinin müavininin yardımçısı deyir: “Azərbaycan bizim yaxın dosdumuzdur və biz onun Kosovo məsələsindəki narahatlıqlarını başa düşürük və bu narahatlıqları nəzərə alırıq”.

O qeyd edir ki, Kosovo Daqlıq Qarabağ üçün president yaratmır və dünyada hər konfliktin öz xüsusiyyətləri var. O söyləyir: “Ən mühüm fərq isə ondan ibarətdir ki, Dağlıq Qarabağ məsələsinin həlli yolunda bizim əldə etdiyimiz tərəqqi Kosovo məsələsində mümkün olmamışdı. Hətda Kosovo məsələsində Dağlıq Qarabağla bağlı müzakirələrlə müqayisə ediləcək dərəcədə ciddi müzakirələr keçirilməmişdi”.

Metyu Brayza bunu da qeyd edir ki, o, danışıqlar prosesində kifayət qədər inkişaf əldə olunmadığı barədə fikirlərlə razılaşmır. O deyir: “Biz xüsusilə son iki ildə bir çərçivə razılığı əldə olunması yolunda xeyli tərəqqi əldə etmişik və tərəflər artıq bir çərçivə razılaşmasına çox yaxınlaşıblar”. Cənab Bryza qeyd edir ki, tərəflərin danışıqlar prosesini başa çatdırması, əsas prinsipləri mənimsəməsi və çərçivə razılığı üzərində fikir birliyi əldə edərək, ədalətli və daimi bir sülhə nail olmaları üçün həll olunmalı iki, bəlkə bir mühüm məsələ qalıb.


XS
SM
MD
LG