Accessibility links

Dmitri Medvedev Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü barədə xəbərdarlıq edib


Rusiyanın yeni prezidenti Dmitri Medvedev Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün Avropanın təhlükəsizliyinə hədə törədəcəyi barədə xəbərdarlıq verib. Medvedev bunları Financial Times qəzetinə verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, sərhədlərinə hərbi bloka üzv olan ölkələrin yaxınlaşması heç bir ölkəyə xoş gəlməz.

NATO liderləri gələn həftə bu iki keçmiş Sovet respublikasının üzvlüyü ilə bağlı yığıncaq keçirməlidir. Vaşington Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə dəstək versə də, bəzi Avropa ölkələri quruma yeni üzvlərin qəbuluna könülsüzdürlər.

XS
SM
MD
LG