Accessibility links

Belarus ölkədə ABŞ casuslarının fəaliyyət göstərdiyini deyir


Belarus kəşfiyyat agentliyi ölkədə fəaliyyət göstərən ABŞ-ın casus şəbəkəsini aşkar etdiyini bildirib. Keçmiş Sovet İttifaqının kəşfiyyat agentliyinin abreviyaturası - KQB kimi tanınan agentlik bu iddianı bu gün irəli sürüb. Dövlət nəzarətində olan telekanal bazar günü Minskdəki ABŞ səfirliyini Belarusda casuslar toplamaqda ittiham edib. Bu addım iki ölkə arasında diplomatik əlaqələrin pozulmasına işarədir. Dünən ABŞ səfirliyi bildirib ki, Belarus rəsmilərinin tələbi ilə işçilərin yarısını ixtisara salıb. Dövlət Departamentinin sözçüsü Belarusu demokratik islahatlar aparmaq əvəzinə təcrid olunmaq və əks mövqe tutmaqda ittiham edib.
XS
SM
MD
LG