Accessibility links

Pakistanın yeni baş nazirinin andiçmə mərasimi keçirilib


Pakistan prezidenti Pərviz Müşərrəf ölkənin demokratik yolla seçilmiş baş nazirin andiçmə mərasiminə rəhbərlik edib. Cənab Müşərrəf İslamabadda prezident sarayında Pakistan Xalq Partiyasının üzvü Yusuf Raza Gilanini baş nazir qismində qəbul edib. Andişmə mərasimində çıxış edən cənab Gilani Pakistanın siyasi partiyalarını böhranları və iqtisadi problemləri həll etmək üçün əməkdaşlıq etməyə səsləyib.

Həmçinin bu gün ABŞ dövlət katibi Con Neqroponte və dövlət katibinin yardımçısı Riçard Bauçer Prezident Müşərrəflə danışıqlar aparıblar. ABŞ rəsmiləri habelə yeni koalsiya hökumətində ali tərəfdaş Navaz Şəriflə görüşüblər. Görüşdən sonra cənab Şərif müxbirlərə bildirib ki, yeni administrasiya prezident Müşərrəfin əks-terrorizm strategiyasını nəzərdən keçirəcək.

XS
SM
MD
LG