Accessibility links

Xarici jurnalistlərin Tibetə getməsinə icazə verilib


Tibetdə zorakılıqlarla nəticələnən etiraz aksiyalarından sonra xarici jurnalistlərin bu əraziyə gəlməsinə icazə verilib. Bu gün ilk dəfə olaraq xarici jurnalistlər paytaxt Lhasaya gəliblər. Jurnalistlərin iki günlük səfəri zamanı onlar Çin rəsmiləri tərəfindən müşayiət ediləcək.

Tibetin mühacirətdəki qrupları bildirirlər ki, nümayişlər mart ayının 10-da buddist rahiblərin 1959-cu ildə Çin üsul-idarəsinə qarşı mübarizələrinin ildönümünü qeyd edərkən polisin onlara qarşı zorakılıqlarından sonra başlayıb.

Pekin Tibetə gələn xarici jurnalistlərə etiraz aksiyalarından və zorakılıqlardan bəhs etməyə qadağa qoyub.

XS
SM
MD
LG