Accessibility links

Helmənd vilayətində hücum 8 nəfərin ölümünə səbəb olub


Əfqanıstanın cənubunda, fermerlər bazarı yaxınlığında baş verən bomba partlayışı nəticəsində 8 adam həlak olmuş, 17 nəfər yaralanmışdır. Vilayətin polis rəisi müxbirlərə bildirib ki, ərazidə polis qüvvələri olmayıb və başlıca hədəf mülki vətəndaşlar olub. O, hücumun Helmənd vilayətinin Gereşk dairəsində baş verdiyini bildirib. Polis rəisi partlayışa görə Talibanı qınamışdır.

Fransa xəbər agentliyinə edilən telefon zəngində Taliban hücumun məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG