Accessibility links

Prezident Buş İraqda ciddi inkişafın olduğunu deyir


Prezident Buş deyib ki, İraqda ABŞ hərbi qüvvələrini sayının artırılması bu ölkədə böyük inkişafa səbəb olub. Bu gün Ohayo ştatının Deyton şəhərində danışan ABŞ prezidenti deyib ki, keçən il 30 min əlavə əsgəi qüvvər təhlükəsizliklə bağlı vəziyyətə kömək etmiş, siyasi və iqtisadi inkişafa imkan vermişdir. Prezident bu inkişafa məlumat çatdıran və ekstremistlərə qarşı mübarizədə öz icmalarını qorumaq üçün vətəndaş qruplarına qoşulan yerli əhalinin sayəsində nail olunduğunu deyib. Cənab Buş İraqda həyatın öz normal məcrasına düşdüyünü deyərək, son zamanlar qanunvericilik sahəsində nailiyyətləri qeyd edib.

Bununla belə, ABŞ prezidenti xəbərdarlıq edib ki, qarşıda günlər və aylar sürəcək şiddətli döyüşlər olacaq. O deyib ki, iraqlılar hazırda Bəsrədə yaraqlılar və cinayətkarlara qarşı ağır mübarizə aparırlar. Cənab Buşun bildirdiyinə görə, yaraqlıların çoxu silah, təlim və maliyyəni İran və Suriyadan alırlar. O bildirib ki, İran və Suriya İraqda zorakılıqlar və terrorizmə dəstəyə son qoymalıdır

XS
SM
MD
LG