Accessibility links

Barak Obamanın populyarlıq reytinqi yüksək olaraq qalır


Son ictimai rəy sorğularına əsasən ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama seçicilərin yüksək dəstəyini əldə etməyə davam edir. Onun opponenti Hillari Klinton isə populyarlığını itirməyə başlayıb.

Vol Strit Jornal və NBC Nyusun keçirdiyi sorğulara görə rəqiblərin hər ikisi də qeydiyyata alınmış demokrat seçicilərin eyni 45 faiz səsinə malikdir. Sorğunun nəticələrinə görə, İllinoys ştatından senatoru Obama iki həftə əvvəl əldə etdiyi 51 faizdən 49-a enib.

Nyu York ştatından senatoru Hillari Klinton isə 2001-ci ildən bəri şəxsi reytinqində ən aşağı göstərici 37 faiz qazanıb.

XS
SM
MD
LG