Accessibility links

ABŞ prezidenti fələstinlilərin prezidentini danışıqlar üçün Vaşinqtona dəvət edib


Prezident Buş fələstinlilər və İsrail arasında sülh danışıqlarında inkişafa nail olmaq səyləri çərçivəsində fələstinlilərin lideri Mahmud Abbası Vaşinqtona dəvət edib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Qordon Condrou cənab Abbas və cənab Buş arasında görüşün may aıynın əvvəli baş tutacağını, lakin görüşün detalları üzərində işin getdiyini bildirib. Qordon Condrounun bildirdiyinə görə, görüş sülh və təhlükəsizlik içində yaşayan Fələstin dövlətinin yaradılmasının gerçəkləşməsi üçün imkan kimi qiymətləndirilir.

Bu arada, Misir fələstinlilərin yaraqlı fraksiyaları olan Həmsa və Fətah nümayəndələrilə İsraillə atəşkəsə nail olmaq üçün vasitəçilik məqsədilə danışıqların yeni raunduna başlayıb.

XS
SM
MD
LG