Accessibility links

Ərəb ölkələrinin bəzi liderləri Liqanın sammitində iştirak etməyəcəklər


İordaniya hökuməti Suriyanın paytaxtı Dəməşqdə keçiriləcək Ərəb Liqasının sammitinə özünün aşağı səviyyəli rəsmilərini göndərəcəyini bildirib. Bu haqda bəyanatı bu gün İordaniyanın informasiya naziri Nasir Cudeh verib və deyib ki, İordaniya kralı Abdulla şənbə günü başlayacaq sammitdə iştirak etməyəcək.

Xatırladaq ki, Ərəb Liqasının keçirdiyi sammitdə adətən Ərəb dövlətlərinin başçıları iştirak edir. Bu il eləcə də Misir və Səudiyyə Ərəbistanı aşağı səviyyəli rəsmiləri göndərəcəyini, Livan isə sammiti baykot etdiyini bildirmidir. Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim dünən sammitdən əvvəl Ərəb ölkələrinin xarici işlər nazirləri ilə əsasən Suriyanın Livanın daxili işlərinə qarışması barədə danışıqlar aparmışlar. Ərəb Liqasının baş katibi Əmr Musa Livan məsələsi də daxil edilməklə, sammitdə əsas məsələlərin müzakirə ediləcəyini bildirib.

XS
SM
MD
LG