Accessibility links

İsrail fələstinli yaraqlıları hədəf almaqda davam edir


Fələstinin tibb işçilərinin bildirdiyinə görə, bu gün Qəzzanın cənubunda İsrail hərbi qüvvələri Həmasın bir yaraqlısını öldürmüş, 2-ni yaralamışlar. İsrailin hərbi rəsmiləri isə bu məlumat barədə açıqlama verməyiblər. İsrail Qəzzada raket yerləşdirilmiş hədəflərin nişan alındığını bildirir.

Xatırladaq ki, Həmas keçən il prezident Mahmud Abbasın başçılıq etdiyi Fətah partiyasının üzvləri ilə toqquşmadan sonra Qəzzada nəzarəti öz əlinə almışdı. Bundan sonra İsrail Qəzza ilə sərhəddi bağlamış, oraya qaz və işığın nəqlini azaltmışdı.

XS
SM
MD
LG