Accessibility links

Tibetli rahiblər cəzalandırılmayacaqlar


Çin rəsmilərinin bildirdiyinə görə, Tibet paytaxtı Lhasaya səfər edən hökumətin nəzarəti altında olan mətbuat nümayəndələrinin səfərinə müdaxilə edən rahiblər cəzalandırılmayacaq. Cokanq Məbədinin təxminən 30 Buddist rahibi dünən brifinqə hücum etmiş və kifayət qədər din azadlığı olmamasından şikayət etmişdilər. Onlar həmçinin rəsmi Pekinin Dalay Lama haqqında olan iddialarını rədd ediblər. İddialarda son günlər baş verən etiraz aksiyalarının arxasında sürgündə olan dini lider Dalay Lamanın durduğu deyilir. Çinin nəzarətində olan Tibet hökumətinin vitse-prezidenti Bayma Çilin deyib ki, rahiblər dünya ictimaiyyətinin fikrini dəyişməyə çalışıb. Bununla yanaşı, o, din xadimlərinin həbs olunmayacağını bildirib. Bu arada, 20-yə yaxın tibetli gənc BMT-nin Nepal paytaxtındakı qərargahının divarını aşıblar. Bu, Tibet tərəfdarı onlarla etirazçının polis tərəfindən həbs olunması ilə eyni zamanda baş verib.
XS
SM
MD
LG