Accessibility links

İraqda şiə yaraqlılara verilən vaxt uzadıldı


İraq baş naziri Nuri Əl-Maliki Bəsrədəki şiə yaraqlıların təslim olması üçün təyin etdiyi son vaxtı uzadıb. Cənab Malikinin sözlərinə görə, yaraqlılar şənbə günündən aprelin 8-nə kimi silahı yerə qoysalar, maliyyə yardımı alacaqlar . O, əvvəlcə son tarix kimi bu günü göstərmişdi. Böyük Britaniya ordusunun bildirdiyinə görə, İraqın quru hücumlarına dəstək məqsədilə bu gün ilk dəfə olaraq ABŞ qırıcı təyyarələri Bəsrəyə bombalar atıb. Çərşənbə axşamından bəri Bəsrə və digər ərazilərdə 100-dən çox insan həlak olub. Bağdadda isə İraq rəsmiləri deyir ki, ölkənin vitse-prezidenti Tariq Əl-Haşiminin güclü mühafizə olunan Yaşıl zonadakı ofisi minamyot hücumuna məruz qalıb. Dağıntılar barədə heç bir məlumat verilmir.
XS
SM
MD
LG