Accessibility links

İlyas Şurpayevin qətlində şübhəli bilinənlər saxlanılıb


Tacikistan polisinin bildirdiyinə görə, iki tacik keçən həftə Rusiyada televiziya jurnalistinin qətlində şübhəli bilinərək saxlanılıb. Tacikistan Daxili İşlər Nazirliyinin rəsmisi bildirib ki, İlyas Şurpayevin qətlində şübhəli bilinənlərin tapılmasında Rusiya polisi də yardımçı olub. Şurpayev martın 21-də Moskvadakı evində biçaqlanmış və boğulmuş vəziyyətdə ölü tapılmışdı. Dağıstan əsilli jurnalist Rusiyanın dövlət nəzarətində olan “Birinci” kanalında çalışırdı. Elə həmin gün naməlum silahlılar Dağıstan Dövlət Tele-radio şirkətinin direktoru Hacı Abaşılovu qətlə yetirmişdilər. Rəsmilər isə bu iki cinayət arasında bağlılığın olmadığı bildirib.

XS
SM
MD
LG