Accessibility links

Bəsrədə ölənlərin sayı durmadan artır



" hspace=2 src="/azerbaijani/images/ap_iraq_fighting_29mar08_eng_195.jpg" width=190 align=left vspace=2 border=0>İraq baş naziri Nuri Əl-Maliki Bəsrə şəhərində döyüşlərin davam etdiriləcəyini bəyan edib. Telekanala açıqlama verən cənab Maliki deyib ki, Bəsrədə təhlükəsizlik bərpa olunucayadək və İraq qoşunlarına qarşı mübarizə aparanlar cəzalanıncayadək hökumət qüvvələri orada qalacaq. O, habelə, şiə silahlıların Əl-Qaidə yaraqlılarından daha pis olduğunu vurğulayıb. Bu arada İraq qüvvələri ilə şiə yaraqlılar arasında 5 gündür davam edən intensiv döyüşlər nəticəsində ölənlərin sayı 200-ü keçib. İtkilərin çoxu radikal ruhani şiə lider Moqtəda Əl-Sədrin yaşadığı Sədr şəhərində qeyd alınıb. İraq Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, toqquşmalar və ABŞ-ın hava hücumu nəticəsində ən azı 75 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb. Verilən məlumatda deyilir ki, onlarla polis silahlarını yerə qoyaraq, mübarizə aparmaqdan boyun qaçırır.
XS
SM
MD
LG