Accessibility links

Serbiya xarici işlər naziri AB-dəki həmkarları ilə görüşüb


Serbiya xarici işlər naziri Vuk Yeremiçin sözlərinə görə, ölkəsi Kosovonun müstəqilliyi ilə bağlı narazılıqlara baxmayaraq Avropa Birliyinə inteqrasiyaya sadiqdir. Cənab Yeremiç bu gün Sloveniyada Birliyə üzv 27 ölkənin xarici işlər nazirləri ilə qeyri‑rəsmi görüş keçirib. O, jurnalistlərə bildirib ki, görüşdən sonra rəsmi Belqrad Avropa Birliyini namizədliyi üçün başlıca addım olan Stabilizasiya və Əməkdaşlıq Razılaşmasını imzalamağa hazırdır. O, Birlikdə olan həmkarlarını mümkün qədər tez bir zamanda Serbiya ilə bu ölkələr arasında vizasız gediş-gəliş təcrübəsini tətbiq etməyə çağırıb. Serb rəsmi Kosovo baş naziri Haşim Taci ilə görüşməyib. Qeyd edək ki, cənab Taci də günün sonunda Avropa rəsmiləri ilə görüş keçirib.
XS
SM
MD
LG