Accessibility links

Müqtəda əl-Sədr Mehdi ordusunu İraq qüvvələrinə qarşı döyüşləri dayandırmağa çağırıb


İraqın radikal şiə ruhanisi Müqtəda əl-Sədr Mehdi ordusunun döyüşçülərini İraq və koalisiya qüvvələrilə küçə döyüşlərini dayandırmağa çağırıb. Bəsrə, Bağdad və şiələrin yaşadığı bir sıra yerlərdə altı gün sürən döyüşlər 250-dən çox adamın ölümülə nəticələnmişdir. Bu gün açıqlanan bəyanatda Sədr öz silahdaşlarını Bəsrə və digər şəhərlərin küçələrindən çəkilməyə çağırır. O bu çağırışı iraq qanının tökülməsinə son qoymaq kimi bir məsuliyyət daşıdığına görə etdiyini bəyan edib. Nəcəfdəki ofisinin açıqladığı bəyanatda deyilir ki, Sədr silah daşıyan və hökumət təsisatlarını hədəf alan hər hansı döyüşçünü qrupun üzvü hesab etməyəcək. Sədr habelə İraq hökumətini onun silahdaşlarının həbsi üçün keçirilən reydlərə son qoymağa, həbs edilənləri azad edib onların amnistiya edilməsinə çağırıb.

İraq hökumətinin nümayəndəsi Sədrin bəyanatını müsbət qiymətləndirərək alqışlayıb.

XS
SM
MD
LG