Accessibility links

ABŞ dövlət katibi İsraili fələstinlilərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində lazımi addımlar atmağa çağırıb


ABŞ dövlət katibi Kondoliza Rays bir daha İsraili İordan çayının qərb sahilində yaşayan fələstinlilərin həyat şəraitinin yaxşılaşdıırlması sahəsində lazımi addımlar atmağa çağırıb. Qüdsdə danışan dövlət katibi İsrail və fələstinlilərin birlikdə çalışmaqla, hər iki tərəfin təhlükəsizliyinin təminat altına alınması ilə yanaşı, fələstinlilərin üzləşdiyi iqtisadi problemləri həll edəcəyinə ümid bəslədiyini deyib. İsrail-Fələstin sülh danışıqlarının canlandırılması məqsədi ilə Yaxın Şərqə səfər edən Kondoliza Rays bunları İsrailin xarici işlər naziri Tzipi Livni ilə birgə mətbuat konfransında deyib. Xanım Livni fələstinlilərin vəziyyətinin yaxşılaşdıırlması üçün İsrailin kömək göstərməyə hazır olduğunu bildirib. Lakinin o, bu səylərin İsrailin təhlükəsizliyinə təsiri olmayacağı təqdirdə mümkünlüyünü qeyd edib. Bu gün və sabah ABŞ dövlət katibi Fələstin rəsmiləri ilə görüşür.

XS
SM
MD
LG