Accessibility links

ABŞ Zimbabvedə seçkilərlə bağlı narahatlığını ifadə edib


ABŞ Dövlət katibi Kondoliza Rays prezident Robert Muqabe hökumətini Zimbabve xalqı və bütün Afrika üçün “rüsvayçılıq” adlandırıb. Bu gün Qüdsdə müxbirlərlə danışan Kondoliza Rays ABŞ-ın seçkilərin azad və ədalətliliyinə dair narahatlılqlarını bir daha dilə gətirib. Səsvermədən öncə Birləşmiş Ştatlar, Britaniya və digər ölkələr seçkilərin ədalətli və azad keçəcəyilə bağlı şübhələrini ifadə etmişdilər.

Robert Muqabenin hökuməti ABŞ və digər qərb dövlətlərinin müşahidəçilərinin ölkəyə gəlməsinə qadağa qoymuşdu. Lakin Birləşmiş Ştatlar dünən bildirmişdi ki, seçkiləri Hararedə ABŞ səfirliyinin 10 üzvü vasitəsilə müşahidə edir.

XS
SM
MD
LG