Accessibility links

İraqda dörd il əvvəl əsir götürülmüş ABŞ əsgərinin qalıqları tapılıb


ABŞ ordusu 4 il əvvəl militantlar tərəfindən əsir götürülən Amerika əsgərinin qalıqlarını təsdiq ediblər. Hərbi rəsmilər dünən Serjant Keyt Mətyu Maupinin ailəsinə bildiriblər ki, DNK testlərinin nəticələri qalıqların həqiqətən də onların oğluna məxsus olduğunu göstərir. Konvoyları 2004-cü il aprel ayında pusquya düşən zaman, Maupin 20 yaşlı ehtiyatda olan hərbçi idi. Bir həftə sonra isə Ərəb televiziya şəbəkəsi Əl-Cəzirə Maupinin bir neçə maskalı şəxslər tərəfindən əhatəyə alındığını göstərən videonu yayımlamışdı. ABŞ-ın Ohayo ştatından olan Maupinin necə ölməsi barədə məlumat verilmir.
XS
SM
MD
LG