Accessibility links

Türkiyə məhkəməsi hakim partiyanın bəzi fəaliyyətlərinə qadağa qoymaq üçün dinləmələr təşkil edəcək


Türkiyənin Konstitusiya Məhkəməsi hakim islamçı Ədalət və İnkişaf partiyasının dünyəvi cəmiyyətin prinsiplərinə zidd olan fəaliyyətini qadağan etmək üçün dinləmələr təşkil edəcəyini bildirib. Konstitusiya məhkəməsi açıqlamanı bu gün verib. Mart ayının 14-də Türkiyənin baş prokuroru Əbdülrahman Yalcinkaya Ədalət və İnkişaf partiyasının ölkənin dünyəvi konstitusiyasını pozmağa çalışdığını demişdi. O, baş nazir Rəcəb Tayyip Ərdoğan və prezident Abdulla Gül daxil olmaqla partiyanın 71 üzvünün siyasətlə məşğul olmasına qadağa qoyulmasına çağırıb. Ədalət və İnkişaf partiyası bu ittihamları rədd edərək, onları demokratiyaya zidd adlandırıb.
XS
SM
MD
LG