Accessibility links

Çin hökuməti Dalay Lamaya təzyiqlərini artırıb


Çin Dalay Lamaya təzyiqlərini artıraraq deyib ki, əgər o, həqiqətən də sadə buddist rahib olmaq istəyirsə, siyasi fəaliyyətini dayandırmalıdır. Bu gün rəsmi Şinhua xəbər agentliyinin şərhində sürgündə olan Tibetin ruhani lideri yalançılıqda, tibetliləri satmaqda, dini alçaltmaqda və şəxsiyyətini unutmaqda ittiham edilir. Dünən rəsmi Pekin Dalay Lamanı 3 həftə davam edən etiraz aksiyalarına rəhbərlik etməqdə təqsirləndirsə də, danışıqlar kanalının açıq qaldığını bildirmişdi. Şinhua xbər agentliyi Çin baş naziri Veb Ciabaoya istinadən bildirib ki, Dalay Lama Tibetə müstəqillik verilməsi tələbindən imtina etməlidir.
XS
SM
MD
LG