Accessibility links

Həmas lideri Mahmud Abbası danışıqlar üçün Qəzzaya dəvət edib


Fələstin militant qrupu Həmasın liderinin sözlərinə görə, o, prezident Mahmud Abbasla qeyd-şərtsiz danışıqlar aparmaq istəyir. Suriya paytaxtı Dəməşqdə Böyük Britaniyanın “Sky News” telekanalına müsahibə verən Xalid Meşal birbaşa danışıqlar aparmaq üçün cənab Abbası Qəzzaya dəvət edib. O, deyib ki, danışıqların məcrası təhlükəsizlik məsələlərinin həlli ilə yanaşı, cənab Abbasın Fətah partiyası ilə Həmasın vahid cəbhədə birləşməsi yollarının aşkar olunmasına yönələ bilər. Həmas iyun ayında Qəzzada nəzarəti ələ keçirəndən bəri keçən həftə rəqib fraksiyalar ilk dəfə olaraq birbaşa danışıqların aparılmasına razılıq vermişdilər.
XS
SM
MD
LG