Accessibility links

Rusiya Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı xəbərdarlıq edib


Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ukraynanın NATO-ya qəbul edilməsinin Avropada sülhə təhlükə təşkil edə və onun sözlərilə, Rusiya-Ukrayna münasibətlərini dərin böhrana sürükləyə biləcəyini deyib. Rusiya rəsmisi bildirib ki, qərb Rusiya ilə münasibətlərin onun maraqlarına cavab verəcək bir şəkildə davam etdirməsini müəyyən etməlidir. O, Rusiya parlamentinin aşağı palatası Dumada bu açıqlamaları qanuvericilərin gələn il müddəti bitəcək Rusiya və Ukrayna arasında Dostluğa dair müqavilənin gələcəyini müzakirə etdikləri zaman verib.
XS
SM
MD
LG