Accessibility links

Amerikalı ekspertin fikrinə görə NATO sammitində Ukrayna və Gürcüstanın üzvlüyü sahəsində bir inkişaf olmayacaq


Ruminiyada keçirilən NATO sammitində bir sıra ayrı məsələlərlə birlikdə Ukrayna və Gürcüstanın alyansa “üzvlük barədə fəaliyyət planına” daxil edilmələri məsələsinə də baxılacaq.

Rusiya və Şimalı Qafqaz üzrə araşdırmaları ilə tanınmış Ceymstaun Fondunun prezidenti Glen Havırd söyləyir ki, NATO sammitində əsas müzakirə olunacaq məsələ Əfqanıstandır. O, deyir ki, Vladimir Putinin sammitə dəvət olunmasının böyük riski var çünkü Putin münaqişəli bir bəyanat verməklə diqqəti cəlb edə bilər.

O, söyləyir ki, Almaniya Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü barədə təklifləri müdafiə etməyəcəyi barədə Rusiyaya məlumat verib və Vladimir Putinin sammitdə iştirakının təminatı üçün fəaliyyət göstərib. Fransa da bu yönümlü siyasət yeridib. Glen Havırd bir məsələyə aydınlıq gətirir ki, NATO sammitində Ukrayna və Gürcüstanın alyansa üvlüyü yox, üzvlük barədə fəaliyyət planına daxil edilmələri müzakirə oluna bilər.

Cənab Havırd deyir ki, əsas olaraq Almaniyanın fəaliyyətlərinə görə iki keçmiş sovet respublikasının hətda üzvlük barədə fəaliyyət planına daxil edilmələri də zəif ehtimaldır. O, deyir ki, elə buna görə də NATO sammitində Vladimir Putinin qələbə qazanacağını demək olar.

Ceymztaun Fondunun prezidenti qeyd edir ki, Almaniya və Fransa rəsmiləri fikirləşirlər ki, Kosovonun müstəqilliyi və Qərb ölkələrinin əksəriyyətinin onun müstəqilliyini tanıması Rusiyanı kifayət qədər qəzəbləndirib və iki keçmiş sovet respublikasının üzvlük barədə fəaliyyət planına qəbul edilmələri Rusiya tərəfindən kəskin reaksiyaya səbəb ola bilər.

Cənab Havırd buna da işarə edir ki, Rusiyanın Kosovo məsələsində reaksiyası daha güclü ola bilərdi ancaq heç nə etməyib. Cənab Havırd deyir ki, buna görə də Fransa və Almaniya Rusiyanı çox qəzəbləndirmək istəmirlər. O söyləyir ki, gözlənilənin əksinə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü məsələsi sammitdə əsaslı yer tutmayacaq və Əsas məsələ Əfqanıstan olacaq.

XS
SM
MD
LG