Accessibility links

Pakistanın sabiq ali hakimi ümummilli kampaniyaya başlayıb


Pakistanın vəzifəsindən kənarlaşdırılmış ali hakimi öz vəzifəsinə qayıtmaq üçün ümummilli kampaniyaya başlayıb. İftixar Məhəmməd Çodri bu gün doğma yurdu Kvetta şəhərində hüquqşünas tərəfdarları ilə danışıb. Bu, onun kampaniyada ilk dayanacağıdır.

Ötən həftə yeni baş nazir Yusuf Raza Gilaninin əmri ilə Çodri ev dustaqlığından azad edilib. Çodri cənab Gilaninin seçkilərdəki qələbəsini alqışlamış və bunun Pakistanda siyasi mədəniyyəti dəyişdirdiyini bildirmişdir. Onun sözlərinə görə Pakistan seçiciləri prezident Pərviz Müşərrəfin tək adamlıq hakimiyyətini rədd ediblər.

XS
SM
MD
LG