Accessibility links

Rusiya NATO-nun genişlənməsilə bağlı yeni xəbərdarlıq edib


Rusiya Xarici işlər naziri Serqey Lavrovun sözlərinə görə, rəsmi Moskva NATO-nun genişlənməsinə öz müdafiə qabiliyyətini və iqtisadi qüdrətini göstərərək cavab verəcək. Lavrov bu açıqlamaları ABŞ prezidenti Corc Buş Buxarestdə 27 üzvü olan NATO-nu Ukrayna və Gürcüstanın alyansa daxil olması prosesinə başlamağa çağırdığı vaxt bu gün Moskvada verib. Cənab Lavrova istinad edən Rusiya informasiya agentliklərinin bildirdiynə görə, nazir Dumada qanunvericilərə deyib ki, öz sərhədlərində alyansın genişlənməsinə etiraz edən Moskvadan reaksiya olmadan NATO-nun genişlənməsi baş verə bilməz. Serqey Lavrovun sözlərinə görə, Moskva Kosovonun öz müstəqilliyini elan etdiyi şəraitdə Gürcüstanın Rusiya yönümlü 2 regionunun tanınmasına çağıran parlament qətnaməsi çıxarmağı nəzərdən keçirir. Lavrov həmçinin Moldovanın Dnestryanı regionunu da qeyd edib.

XS
SM
MD
LG