Accessibility links

Bəsrədə İraq generallarına qarşı hücum həyata keçirilib


Şiələrin istinadgahı olan Bəsrə şəhərində İraq generallarını daşıyan konvoy yaxınlığında yol kənarına yerləşdirilmiş bomba partlayıb. Özü də maşın karvanında olan İraqın müdafiə nazirliyinin sözçüsü Məhəmməd Əl-Əsgərinin bir neçə saat sonra haqqında xəbər verdiyi partlayış zamanı xəsarət alanlar barədə məlumat verilməyib. O deyib ki, ayağından yaralanan iraqlı video operator Hayaniyyə məhəlləsində baş vermiş hadisələri lentə alıb. Bu ərazi keçən həftə İraq təhlükəsizlik qüvvələrilə radikal ruhani Müqtəda Əl-Sədr tərəfdarı olan şiə yaraqlılar arasında əsas toqquşmalara səhnə olub. Bəsrədə üçüncü gündür gərgin də olsa, sakit vəziyyətin hökm sürdüyü bildirilir.
XS
SM
MD
LG