Accessibility links

Əfqanıstandakı koalisiya qüvvələri ilə yaraqlılar arasında qarşıdurma baş verib


Birləşmiş Ştatların Əfqanıstanda başçılıq etdiyi koalisiya qüvvələrinin Helmənd vilayətində bir neçə yaraqlını öldürdüyü, dördünü isə ələ keçirdiyi bildirilir. Açıqlamada deyilir ki, hadisə hərbiçilərin həmin ərazidə Taliban liderini axtardığı zaman yaraqlılar tərəfindən atəş açılmış və atışma baş vermişdir. Son zamanlar Helmənd vilayəti koalisiya qüvvələri ilə yaraqlılar arasında döyüş meydanına çevrilib. Bu ərazi eləcə də dünyada ən çox tiryək istehsal edilən ərazidir.
XS
SM
MD
LG