Accessibility links

Aviasiya Agentliyi hava yolları şirkətlərinin yoxlanışına göstəriş verib


Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya Agentliyi 4 hava yolları şirkəti ilə bağlı təhqiqata başlayıb. Bu şirkətlər təhlükəsizlik qaydalarına əməl etmədiklərinə görə cəzalandırıla bilərlər. Federal Aviasiya Agentliyi çəşənbə günü bunu elan etsə də şirkətlərin adlarını açıqlamayıb. Southvest hava yolları şirkəti təyyarələrinin təftiş vaxtını yubatmasından sonra bütün ABŞ hava yolları şirkətlərinin yoxlanışına göstəriş verilib. Federal Aviasiya Agentliyi Southvesti 10 milyon dollar cərimə edib. Bu həftə United Airlines təhlükəsizlik təftişi ilə bağlı 52 Boing-777 təyyarəsinin uçuşlarını dayandırıb, 38 uçuşu təxirə salıb.

Bütün bu ölçülər ABŞ Konqresinin hava yolları şirkətlərinin təhlükəsizlik standartlarına cavab verib-verməməsinə dair dinləmələrə başladığı vaxt götürülür.

XS
SM
MD
LG