Accessibility links

Serbiyanın müvəqqəti hökuməti Rusiya ilə enerji əməkdaşlığını dəstəkləməyib


Serbiyanın müvəqqəti hökuməti bu yaxınlarda Rusiya ilə əldə olunan energi əməkdaşlığını dəstəkləməkdən imtina edib. İslahatçı nazirlər bu gün hökumət iclasında razılaşmanın müzakirəsini rədd edib. Buna səbəb kimi, onlar müvəqqəti hökumətin belə strateji razılaşmaları dəstəkləmək üçün qanuni mandatının olmadığını göstərib. Baş nazir Voyislav Koştunitsa nazirləri bu enerji razılaşmasını dəstəkləməyə çağırıb, belə ki, layihə qarşıdakı seçkilər öncəsi ratifikasiya üçün parlamentə göndərilə bilərdi. Ancaq prezident Boris Tadiç xəbərdarlıq edib ki, belə mühüm razılaşma seçkilərdən sonra dövlət institutları tərəfindən təsdiq oluna bilər.
XS
SM
MD
LG