Accessibility links

Helmənd vilayətində zorakılıqlar davam etməkdədir


Əfqanıstanın cənub hissəsində intiharçı hücumu nəticəsində 3 polis işçisi və bir mülki vətəndaş həlak olub, 3 nəfər isə yaralanıb. Helmənd vilayətinin polis rəisi Məhəmməd Hüseyn Andivalın sözlərinə görə, intiharçı özünü regional paytaxt Laşkar Gahda polis maşının yanında partladıb. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Helmənd təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında toqquşmaların intensiv baş verdiyi yerlərdən biridir. Bu yer həmçinin dünyanın ən çox tiryək istehsal olunan ərazisidir.

Başqa bir xəbərdə isə NATO rəsmiləri dünən Kunar vilayətində bir mülki vətəndaşın həlak olduğunu bildirib.

XS
SM
MD
LG