Accessibility links

Martin Lüter Kinqin qətlə yetirilməsindən 40 il keçir


Bu gün aprel ayının 4-ü ABŞ-ın vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin qətlə yetirilməsindən 40 il keçir. Tennessi ştatının Memfis şəhəridə Kinq güllə atəşi nəticəsində vəfat etmişdi. ABŞ prezidenti Corc Buş Kinqin xatirəsini anarkən nailiyyətlərə baxmayaraq, Kinqin mübarizəsinin hələ başa çatmadığını deyib. Bu gün Memfisdə təşkil edilən anım mərasimində ABŞ prezidentliyinə demokrat və respublikaçı namizədlər Con Makkeyn və Hillari Klinton iştirak edəcək. Barak Obama isə İndiana ştatında Kingin irsindən söz açacaq.

Dünən ABŞ-ın Nümayəndələr Platası və Senat liderləri digər yüksək səviyyəli qanunvericilərlə bərabər Kapitoli binasında keçirilən mərasimə qatılmışdı. Martin Lüter Kinqin 50 və 60-cı illərdə ayrı-seçkiliyə qarşı qeyri-zorakı kampaniyaları 1964-cü ildə vətəndaş hüquqları aktının təsdiqinə yol açmışdı. King 35 yaşında ikən Nobel sülh mükafatına layiq görülmüşdü.

XS
SM
MD
LG