Accessibility links

Nikola Sarkozi Yay Olimpiya Oyunlarının açılış mərasimini boykot edə bilər


Fransanın insan hüquqları üzrə dövlət katibi Rama Yadenin bildirdiyinə görə, prezident Nikola Sarkozi siyasi məhbuslar azad edilməsə və Dalay Lama ilə dialoqa girilməsə, Pekində keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimini boykot edəcək. O deyib ki, prezident Avropa İttifaqındakı müttəfiqləri ilə məsləhətləşdikdən sonra avqustda Çinə gedib-gedilməməsinə qərar verəcək.

Bu arada Sərhədsiz Reportyorlar təşkilatı Beynəlxalq Olimpiya Komitəsində yayılan sənədi əldə etdiyini bildirib. 11 səhifəlik sənəddə Çin hökumətinin Tibet və Çinin insan hüquqları müdafiəçiləri ilə rəftarına görə üzləşdiyi tənqidlərlə bağlı kommunikasiya strategiyası irəli sürülür.

XS
SM
MD
LG