Accessibility links

ABŞ prezidenti Rusiyadadır


ABŞ prezidenti Corc Buş Xorvatiyaya səfərinin ardınca Rusiyaya yola düşməyə hazırlaşır. Prezident Xorvatiyanı yetkin demokratiya qurduğuna görə alqışlayıb. Paytaxt Zaqrebin Müqəddəs Mark meydanında danışan cənab Buş ölkənin NATO-ya qoşulmaq dəvətinin orada demokratik sistemə tam şərait yaradılmasına işarə olduğunu deyib. O, xorvat xalqına ehtiyacları olduğu təqdirdə Amerika və NATO-nun onlara kömək edəcəyinə zəmanət verib. Bu həftənin əvvəli NATO-nun Buxarest sammitində Albaniya ilə yanaşı Xorvatiya da alyansa qoşulmağa dəvət alıb. Cənab Buş Albaniya, Xorvatiya və Makedoniyaya Əfqanıstan və İraqda hərbi əməliyyatlara dəstək verdiklərinə görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG