Accessibility links

İraqda xristian kilsəsinin keşişi öldürülüb


İraq rəsmiləri xristian kilsəsinin keşişi Yusif Əbdülün Bağdadın mərkəzindəki evindən çıxarkən maşınla keçən bir qrup silahlı şəxsin hücumu nəticəsində həlak olduğunu bildirir. Son aylar İraqda azlıqda olan xristianlar tez-tez hücumlara məruz qalır. İraq katolik kilsəsinin arxiyepiskopu Paulos Fərəc Rahhonun cəsədi keçən ay Mosulda tapılmışdı. Bu arada Bağdadda mikro-avtobusda bomba partlayışı nəticəsində azı 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

XS
SM
MD
LG