Accessibility links

16 tibetlinin həbsinə sərəncam verilib


Çinin səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, mart ayının 15-də 5 adamın ölümü ilə nəticələnən qiyamların məsuliyyətini daşıyan 16 tibetlinin həbsinə sərəncam verilib. Tibetin paytaxtı Lhasanın cənubunda yerləşən Deding şəhərində qiyamçıların 23 mağazanı dağıtdığı, evləri yandırdığı və polis maşınlarını əzdikləri deyilir. Çinin rəsmi Şinxua xəbər agentliyinin yerli rəsmilərə istinadən verdiyi məlumata görə, həbsinə göstəriş verildiyi 16 tibetliyə qarşı yanğın törətmək və ictimaiyyətə təhlükə ittihamları irəli sürülüb.

XS
SM
MD
LG