Accessibility links

Zimbabve müxalifəti prezident seçkilərinin nəticələrini dərhal açıqlamağı tələb edir


Zimbabvenin Ali Məhkəməsi martın 29-u prezident seçkilərinin nəticələrinin dərhal açıqlanmasına dair haqda müxalifətin müraciəti ilə bağlı qərarı bazar ertəsi günü verəcəyini bəyan edib. Ali Məhkəmə bunu ölkənin aparıcı müxalifət partiyası olan Demokratik Dəyişiklik hərəkatının müraciətinə dair dinləmələrdən sonra elan edib. Zimbabvenin Mərkəzi Seçki komissiyası səkkiz gün əvvəl keçirilmiş prezident seçkilərinin nəticələrini hələ açıqlamayıb. Gecikmə prezident Robert Muqabe hökumətinin nəticələri saxtalaşdırmağa çalışdığına dair narahatlıqlara yol açıb. Müxalifət lideri Morqan Tsvangirai seçkilərdə prezident Muqabe üzərində qələbə çaldığını deyir. Müstəqil müşahidəçilər bununla razıdır, lakin onlar cənab Tsvangirainin təkrar seçkilərin keçirilməməsi üçün lazım olan qələbəni əldə etmədiyini deyirlər.
XS
SM
MD
LG