Accessibility links

Nuri Əl-Maliki Mehdi ordusunun tərk-silahına çağırıb


İraqın baş naziri Nuri Əl-Maliki siyasi proseslərə qoşulmaq istəyirsə, radikal şiə ruhanisi Müqtəda Əl-Sədrin silahlı qruplaşmasının silahlarını yerə qoymalı olacağını deyib. ABŞ-ın CNN şirkətinə müsahibə verən baş nazir deyib ki, Mehdi ordusu buraxılmasa Əl-Sədrin tərəfdarları qarşıdan gələn seçkilərdə yarışa bilməyəcək. Nuri Əl-Maliki ilk dəfədir ki, Mehdi ordusunun tərk-silahına çağırır. Əl-Sədrin sözçüsü isə baş nazirin ultimatumunu dərhal rədd edib. O deyib ki, Nuri Əl-Maliki İraq seçkilərinə müdaxilə edə bilməz. Əl-Sədirn tərəfdarları ilin sonunda keçiriləcək vilayət seçkilərində iştirak etməyi planlaşdırır.
XS
SM
MD
LG