Accessibility links

Əfqanıstandakı döyüşlər zamanı qiyamçılar ağır itkilər veriblər


Əfqanıstan Müdafiə Nazirliyi bildirir ki, bazar günü Nuristan vilayətində baş verən döyüşlərdə hökumət və ABŞ qüvvələri qiyamçılara ağır itkilər veriblər. Öldürülən qiyamçıların sayı barədə məlumat verilməyib. Ölkə rəsmiləri bir Əfqan əsgərinin həlak olduğunu bildirir. Hərbi rəsmilər mülki vətəndaşlar arasında ölənlərin olmadığını bildiriblər. Nuristanın yerli rəsmiləri isə hücumda azı 20 mülki vətəndaşın öldüyünü bildirir. Müdafiə Nazirliyi 8 qiyamçının yaxalandığını xəbər verib.
XS
SM
MD
LG