Accessibility links

Belarus liderliyinə qarşı sanksiyaların müddəti uzadılıb


Avropa ittifaqı Belarus liderliyinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb. Beləliklə sanksiyalar 2009-cu ilin aprel ayının 10-dək qüvvədə qalacaq. Bu sanksiyalar prezident Aleksandr Lukaşenko da daxil edilməklə, 40 hökumət nümayəndəsinə səyahət məhduddiyyəti tətbiq edir. Bu, həm də rəsmilərin Avropa İttifaqına üzv ölkələrdə bank hesablarının dondurulmasını nəzərdə tutur.

Qurumun ilk sanksiyaları 2004-cü ildə tətəbiq edilmiş, 2006-ci il prezident seçkilərindən sonra bu siyahı genişləndirilmişdi. ABŞ keçən il Belarusun dövlət nəzarəti altında olan neft-kimya şirkəti Belneftexim-ə qarşı sansiyalar tətbiq edib.

XS
SM
MD
LG