Accessibility links

ATƏT Azərbaycanı söz azadlığına hörmət etməyə çağırır


Avropanın mətbuat azadlığı üzrə ali rəsmisi Azərbaycanı söz azadlığına hörmət etməyə və mediada plüralizmə yol açmağa çağırıb. ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycan rəsmilərinə bildirib ki, medianı susdurmaq cəhdlərinə, o cümlədən diffamasiya ittihamı ilə həbslərə son qoyulmalıdır.

Bu gün Bakıda rəsmilərələ görüən ATƏT nümayəndəsi rəsmilərə deyib ki, jurnalistlər öz peşələrini həyata keçirərkən cinayətkarlıq maddələri ilə üzləşməməlidirlər. O, həmçinin söyləyib ki, media azadlığı demokratiyanın başlıca elementidir. Azərbaycan mediasının üzvləri ATƏT nümayəndəsindən həbsdə olan üç jurnalistin azadlığa buraxılması üçün səy göstərməyi xahiş ediblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan demokratik islahatlar həyata keçirir və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.

XS
SM
MD
LG